Maraqlı

Bu qadın "Kainat gözəli" seçildi - FOTO

30 Avqust 2015 17:42
26 Şərh     Baxış: 3 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minskdə təşkil edilən beynəlxalq "Kainat gözəli - 2015" müsabiqəsinin qalibi bəlli olub. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin kainat gözəli kanadalı iştirakçı Eşli Burnhem seçilib. "Yeni "Kainat gözəli" olduğum üçün qürur duyuram. Bu, Kanadanın müsabiqədə ilk qələbəsidir. Çox xoşbəxtəm", - deyə Eşli İnstaqram səhifəsində yazıb. 

Qeyd edək ki, E.Burnhem milli kostyumlar geyinib rəqs edərək ölkəsinin mədəniyyətini bütün dünyaya yaymağı qarşısına məqsəd qoyub. 

Xatırladaq ki, "Kainat gözəli" müsabiqəsi 24-30 avqust tarixlərində Minskdə baş tutub. Yarışmada 60-dan çox ölkənin iştirakçısı mübarizə aparıb. İkinci yerə Cənubi Afrikadan, üçüncü yerə isə Ukraynadan olan gözəl çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.