Maraqlı

"Ben bilmem eşim bilir" daha yayımlanmayacaq

30 Avqust 2015 16:36
10 Şərh     Baxış: 2 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kanal D"nin məşhur yarışması "Ben bilmem eşim bilir" yeni mövsümdən ekranlara çıxmayacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə "Posta" qəzetinin yazarı Mesud Yar çıxış edib. O yazıb:

"İlker Ayrık yeni mövsümdə "Ben bilmem eşim bilir" adlı yarışma ilə ekranda olmayacaq. "Kanal D" İlkerin adıyla tanınan verilişi uzun müddət yayımlamaqdan imtina edib... Lakin Ayrık yoluna davam edir. Bildiyim qədər, yeni formatda təzə yarışma hazırlayır. Bir az daha az fiziki güc, daha çox informasiya xarakterli..."

Qeyd edək ki, 2012-ci ildən yayımlanan "Ben bilmem eşim bilir"in 300-dən çox buraxılışı efirə gedib. Proqram son illərin ən uğurlu layihələrindən birinə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.