Maraqlı

Səudiyyədə neft şirkətinə məxsus bina yanıb: 11 ölü, 219 yaralı - YENİLƏNİB

30 Avqust 2015 21:21
1 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:21

Səudiyyə Ərəbistanının Əl-Xubar şəhəirndə yaşayış binasında baş verən yanğın zamanı 11 nəfər ölüb, daha 219 nəfər yaralanıb.

Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, yanğınsöndürənlərə səhər saat 05:45-də Səudiyyə Ərəbistanının Saudi Aramco neft şirkətinin əməkdaşlarının yaşadığı Radium yaşayış kompeksində binanın alovlanması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn xilasedicilər insanları yanan binanın damından təxliyyə ediblər. Yanğın zamanı 11 nəfər ölüb, 219 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, Radium yaşayış kompleksi 500 mənzildən ibarət 7 mərtəbəli binadır.

--------

14:58

Bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının Əl-Xubar şəhərində neft şirkəti əməkdaşları üçün nəzərdə tutulmuş "Radium" yaşayış kompleksində güclü yanğın baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha 105 nəfər xəsarət alıb.
Hadisə "Saudi Aramco" neft şirkətinə məxsus binanın zirzəmi qatında baş verib. Bina sakinləri təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.