Maraqlı

Arnold Şvartseneggerin ölümü ilə bağlı xəbər yayılıb

30 Avqust 2015 09:58
4 Şərh     Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika kütləvi informasiya vasitələrində Arnold Şvartseneggerin ölümü ilə bağlı xəbər yayılıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, "International Business Times" xakerlərin MSNBC.com saytını dağıtdıqları barədə və onun istifadəçilərini saxta bir sayta yönləndirdikləri barədə məlumat verir.

Saxta xəbərdə qeyd olunur ki, 68 yaşlı Amerikalı aktyor və siyasətçi xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapılıb. Həmçinin qeyd olunurdu ki, Şvartseneggerin ölümünü onun ailə üzvlərindən biri təsdiq edib.

Şvartseneggeri isə, onun "ölümü" barədə məlumat yayıldıqdan sonra italyan restoranında " Qarşısıalınmazlar" filminin rejissoru Robert Erl ilə bir yerdə görüblər.

Aktyorun yaxın dostu Kalum fon Mogerdə ölüm barədə xəbəri təkzib edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.