Maraqlı

Ayı hələ belə görməmişdiniz - FOTO

30 Avqust 2015 02:01
2 Şərh     Baxış: 2 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Ay Yer Kürəsinə həmişə olduğundan daha böyük və daha parlaq olacaq.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, 2015-ci ildə 3 "super ay" hadisəsi müşahidə olunub. Daha 3 "super ay" hadisəsi hələ də qalıb. Faktiki olaraq bu ayın bədirlənməsi deməkdir.

Bu hadisə "perigeya" dövründə baş verir. Bu hadisə zamanı ay Yer kürəsinə daha yaxın olur.

Peykin görülən diski təxminən 10% artacaq. Bunu daha yaxşı müşahidə etmək üçün astronomlar səmanın şərq tərəfində olan ərazidən baxmağı məsləhət görürlər. Eyni zamanda bu ərazidə evlərin və ağacların olmağı vacibdir. Səhralıq yerdə ay illuziyasını müşahidə etmək mümkün olmayacaq.

Növbəti yəni, 5-ci "super ay" hadisəsi bu il sentyabrın 28-də baş verəcək. Həmin gün Ay Yer kürəsinə 356 896 kilometr məsafə yaxın olacaq. Bu zaman onda ayın tam tutulması müşahidə olunacaq. Son "super ay" hadisəsi bu il oktyabrın 27-də olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.