Maraqlı

90-cı illərin məşhur modelləri yenidən bir arada - FOTO

29 Avqust 2015 11:37
1 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1990-cı illərin super modelləri - Sindi Krouford, Eva Qerçiqova, Karen Aleksandr, Helena Kristensen, Nadya Auerman və Tatyana Patis uzun fasilədən sonra yenidən bir araya gəliblər. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi fotoqraf Piter Linderberq məşhur modelləri yeni layihəsində görüşdürüb. "Birləşmə" adlı yeni fotosessiyanın məqsədi də elə 90-cı illərin super modellərini bir araya gətirmək olub. 

Şəkillər nostalji effekti vermək üçün ağ-qara çəkilib. "Piter elə əvvəlki enerji ilə işləyir. O, yetkin qadınlarda da gözəlliyi görməyi bacarır", - deyə Sindi Krouford İnstagram səhifəsində yazıb. 

Xatırladaq ki, Piter Linderberq 90-cı illərdə də super modellərin "Vogue" jurnalı üçün fotosessiyasını edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.