Maraqlı

"Tənha insanlar üçün qəhvə qapaqları" düzəltdi - FOTO

29 Avqust 2015 09:45
1 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyalı dizayner Çan Vu-Sok (Jang Wooseok) qəhvə üçün yeni qapaqlar düzəldib. Qapaqların qabarıqlığı insan dodağı və burnu formasındadır. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.

Qəhvə və öpüşü sevdiyinə görə Ç.Vu-Sok onları birləşdirmək qərarına gəlib. Beləliklə, qəhvənin hər qurtumu improvizə edilmiş öpüşlə müşayiət olunacaq.

Qeyd olunur ki, tənha qəhvəsevərlər yeniliyi çox gözləməli olmayacaqlar. Qapaqların istehsalına yaxın zamanlarda başlanılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.