Maraqlı

ABŞ-ın məşhur siması ana oldu

28 Avqust 2015 21:10
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki ana olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin keçmiş rəsmi nümayəndəsi Cen Psaki "Twitter" səhifəsində ana olması barədə məlumat yayıb. Məlumatda qız uşağının avqustun 14-də dünyaya gəldiyi deyilir.

Sabiq məmur bunu gənc valideynlərə bir ilədək ödənişli məzuniyyətin verilməsi ilə bağlı təşəbbüsə yazdığı şərhdə deyib: "Cavan ana kimi bu gözəl təşəbbüsün müəlliflərinin əllərini sıxıram".

Deyilənlərə əsasən, uşağın adını Jenevyova adlandırıblar. Psakinın həyat yoldaşı Qreqori Meçeranı qızının olması ilə bağlı hamı təbrik edib.

Cen Psaki 2013-cü il fevralın 11-dən 2015-ci ilin martın 31-dək ABŞ Dövlət Departamentinin nümayəndəsi postunu tutub. 

Sonra o, hamiləliklə bağlı məzuniyyətə gedib və bununla əlaqədar olaraq öz postunu tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.