Maraqlı

Kabab çəkmək qadağan olunacaq

28 Avqust 2015 17:09
0 Şərh     Baxış: 2 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Dövlət parkının direktoru Mariya Lyulçuk yerli sakinlərin çoxsaylı şikayətlərini nəzərə alaraq parklarda nəzarətsiz kabab çəkilişinə qadağa qoyulması imkanlarını gözdən keçirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi parklarda kabab çəkmək insanların rahatlığını pozur. Ona görə də kabab çəkmək üçün parklarda xüsusi zonalar yaradılmalıdır.
 
Lyulçukun sözlərinə görə, bundan sonra piknik etmək istəyənlər kababı hazır alacaqlar. İstəmədikləri təqdirdə dincələnlər manqal icarəyə götürüb ancaq piknik üçün müəyyən olunmuş yerlərdə kabab çəkə biləcəklər.
 
"Bu yolla mədəni istirahət təmin olunacaq, yanğınlar azalacaq. Bu planımızı gələn ildən gerçəkləşdirəcəyik. İndi hələ ki əlverişli meydançalar araşdırılır" - deyə Lyulçuk vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.