Maraqlı

Ərinin ölümündən şou düzəltdi - FOTO

28 Avqust 2015 17:18
0 Şərh     Baxış: 2 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İşte benim stilim" dəb yarışmasının qalmaqallı iştirakçısı Nazlı Hamarat Ukraynada öldürülən həyat yoldaşı Cevdet Emir Şaşmazın məzarı üstündən foto paylaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əvvəl ərinin ölüm xəbərini İnstagram-da yazma forması və dayanmadan izləyicilərinin təkliflərini qəbul etməsi ilə təəccübləndirən Nazlı bu dəfə də yazdıqları ilə tənqid obyekti oldu.
 
Emirin məzarı önündə çəkdirdiyi fotonu paylaşan N.Hamarat yazıb:

"Sənsiz 7 gün daha keçdi. Keçmir acım, zaman keçdikdə yaram böyüyür. Çünki sənin üçün hər keçən gün daha çox darıxıram. 6 ildə 15 gündən çox ayrı qalmamışdıq. Bu gün sənsizliyimin 23-cü günü və səni torpağa verməyimin 7-cü günüdür. Ümid edirəm rahatsan. Həyat yoldaşım, mərhum Cevdet Şaşmazın yad edilməsi üçün bu gün Levent Mərkəz Məscidində ərimin 7-sini verirəm. Bütün dostlarımızı gözləyirəm".

İstifadəçilərin bəzisi Hamaratı qeyri-səmimi olmaqda günahlandırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.