Maraqlı

Facebook-dan yeni rekord

28 Avqust 2015 16:51
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk dəfədir ki, Facebook-dan bir gün ərzində bir milyarddan çox insan istifadə edib.

Şirkətin təsisçisi Mark Zuckerberg deyib.

Milli.Az BBC Azərbaycanca-ya istinadən bildirir ki, bazar ertəsi "dünyada yeddi nəfərdən biri dostları və ailəsi ilə əlaqə yaratmaq üçün Facebook-dan istifadə edib", Zuckerberg yazıb.

Facebook-un indi təxminən 1.5 milyard istifadəçisi var və onlar ayda ən azı bir dəfə sayta daxil olurlar.
Şirkət milyardıncı istifadəçiyə 2012-ci ilin oktyabr ayında çatıb.
Facebook-un əsasını Zuckerberg 2004-cü ildə, Harvard Universitetində təhsil alarkən qoyub.
O, Facebook istifadəçilərinin daha da artacağını güman edir.
"Biz ilk dəfədir ki, bu nöqtəyə çatırıq və bu, bütün dünyaya bağlanmağın başlanğıcıdır", - Zuckerberg yazıb.
İyul ayında Facebook, dünyada İnternet istifadəçilərinin yarıdan çoxunun ayda ən azı bir dəfə Facebook-dan istifadə etdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.