Maraqlı

İbrahim Tatlısəs otellərini satışa çıxardı - FOTO

28 Avqust 2015 15:56
2 Şərh     Baxış: 2 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türk müğənnisi İbrahim Tatlısəs Bodrumdakı otelini satışa çıxarıb.

Publika.az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, son illər maliyyə böhranı yaşadığı iddia edilən müğənni sahib olduğu bir çox daşınmaz əmlakı satmaq niyyətinə düşüb.
 
İbrahim Tatlısəs Bodrumdakı 6500 kvadrat metrlik, 10 otaqlı və yanında xüsusi villası olan oteli 13 milyon türk lirəsinə satır.
 
Xatırladaq ki, bundan əvvəl də İbrahim Tatlısəs Quşadasındakı məşhur otelini də satmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.