Maraqlı

46 yaşlı lilliput aktyor ailəsi ilə - FOTO

28 Avqust 2015 23:11
1 Şərh     Baxış: 2 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərin televiziya fenomeninə çevrilən "Game of Thrones" ("Taxt oyunları") serialının ulduzlarından olan Peter Dinkleyg ailəsi ilə Nyu-York küçələrində görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, serialda ən nifrət edilən ailəsi olan Lannisterlərin sevilən üzvü "Tyrion" həyat yoldaşı Erika Şmidt və qızı Zeliqlə gəzintiyə çıxıb.

46 yaşlı aktyor prodüser Erika ilə 2005-ci ildə ailə qurub və 2011-ci ildə qızları dünyaya gəlib. 

Qeyd edək ki, Dinkleygin boyu "akondroplazi" deyilən xəstəliyə görə 135 santimetrdən çox uzanmayıb. O, dünyanın ən yaxşı və məşhur lilliput aktyorlarından sayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.