Maraqlı

"Google"u ildırım vurdu, 4 dəfə!

20 Avqust 2015 10:44
1 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google"-un Belçikadakı məlumat emalı mərkəzlərindən birini dörd dəfə ildırım vurub. Nəticədə istifadəçi məlumatları qismən silinib. Trend-in Lenta.ru saytına istinadən verdiyi məlumata əsasən, bu barədə "BBC News" xəbər yayıb.

Avqustun 13-də başlayan ildırım "Google Compute Engine" servisinin işinə təsir göstərib. Nəticədə bəzi istifadəçilər öz fayllarını itiriblər. Sonradan bəzi məlumatları xilas etmək mümkün olub. Nasazlığın aradan qaldırılması üçün şirkətə dörd gün lazım olacaq.

Saxlanılan məlumatın təqribən 0,000001 faizinin silindiyi "Google" tərəfindən təsdiqlənib.

Şirkətdən həmçinin bildirilib ki, gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi texnoloji tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.