Maraqlı

Maltanın baş məşqçisi: "Məğlubiyyətə layiq deyildik”

28 Mart 2015 23:37
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbol riyaziyyat deyil. Bəzən qələbə qazanır, bəzən isə uduzursan. Ancaq biz qətiyyən bu məğlubiyyətə layiq deyildik".

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri Malta millisinin baş məşqçisi Pietro Gedin yığmamızla oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

Komandasının zəif çıxış etdiyini bildirən italiyalı mütəxəssis yığmamız haqda xoş sözlər söyləyib:

"İlk hissədə oyunçularımız heç yaxşı oynamadı. Boşluqlarımız çox idi. İkinci hissədə başqa oyun sxemindən istifadə etdik. Bununla da oyunumuzu tapdıq. Rəqibin hər iki cinahı yaxşı oynayırdı. Ancaq bizdə bu sarıdan problemlər oldu".

P.Gedin 2013-cü ildə yoxlama oyununda millimizə uduzduqları qarşılaşmanı da xatrılayıb:

"Həmin oyunda bizdə fiziki cəhətdən çox problem oldu. Azərbaycan millisi o vaxt daha yaxşı oynayırdı. Fərq ondan ibarətdir ki, biz bu dəfə zəif çıxış etdik".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.