Maraqlı

Toppuş qadın ulduz model oldu - FOTO

5 Avqust 2015 15:39
5 Şərh     Baxış: 4 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 yaşlı Denis Bido 2014-cü ildə Nyu-Yorkda keçirilmiş "New York Fashion Week" moda şousunda iştirakından sonra məşhurlaşmışdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan Denis "toppuş" xanımdır və arıqlamaq, sısqa modelə dönmək niyyətində də deyil. Təbii gözəlliyi, nikbinliyi, bir də sosial şəbəkələrdəki məşhurluğu sayəsində o, "Victoria's Secret" brendinin ilk "ağır çəkili" modelinə çevrilib.

"Təbii  ki, "Victoria's Secret" təki dünyaca populyar brendin modeli olmaq mənimçün maraqlı işdir. Üstəlik, bədən ölçülərimin moda "standart"larından çox kənar qaldığını nəzərə alsaq, brendin cəsarətini dəyərləndirirəm. Nəhayət ki, kök qadınların da özünəməxsus gözəlliyə malik olduqlarını, bütün qadınların "canlı skelet"ə çevrilmək məcburiyyətində qalmadıqlarını anlayırlar", - Denis Bido deyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.