Maraqlı

Türkiyəli tarixçidən Füzuli ilə bağlı qəfil iddia - VİDEO

3 Avqust 2015 19:31
1 Şərh     Baxış: 1 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Türkiyənin "Cine 5″ kanalında yayımlanan "Mədəniyyət və Tarix" verilişində dahi Azərbaycan şairi Məhəmməd Füzulidən söhbət açılıb. 

Milli.Az a24.az-a istinadən bildirir ki, Osmanlı dövrünün müzakirə olunduğu proqramın qonağı Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgil olub. Osmanlı dövründə rüşvətin tüğyan etdiyini vurğulamaq üçün aparıcı Füzulidən misal gətirərək onun məşhur "Salam verdim - rüşvət deyildir deyə almadılar. Hökm göstərdim - faidəsizdir deyə mültəfit olmadılar" beyti ilə başlayan "Şikayətnamə"sini göstərib. Bu zaman tarixçi alim istehza ilə Füzulinin Osmanlıda yaxşı tanınmadığını, daha doğrusu, "uğur və məşhurluq qazana bilmədiyini", bu səbəbdən də "Osmanlı dövlətini pislədiyini" deyib. Hətta bunu məzhəb məsələsi ilə də əlaqələndirməyə çalışıb.

Həmçinin, alim Füzulinin bioqrafiyası ilə bağlı da maraqlı iddialar səsləndirib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.