Maraqlı

Dünyanın ən məşhur hakerləri - REYTİNQ - FOTO

3 Avqust 2015 14:34
1 Şərh     Baxış: 2 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetin durmadan  inkişaf etdiyi bir zamandayıq. Çalışırıq ki, yeni mediada bizə aid olan şəxsi məlumatları, informasiyaları qoruyaq. Etiraf etməliyik ki, məlumatlarımızın başqalarının əlinə keçmə ehtimalından hamımız narahatıq. Ona görə də bizə aid materialları şifrələr vasitəsiylə qorumağa çalışırıq. Amma o da qaçılmazdır ki, hakerlərin hücumuna məruz qalan kompüter və məlumatları bəzən qorumaq şox çətin olur. Bəzi peşəkar hakerlər hətta ən ciddi şəkildə mühafizə olunan sistemi belə, qıraraq informasiyaları ələ keçirə bilirlər. 

Milli.Az modern.az-a istinadən istinadən dünyaca məşhur hakerləri  sizlərə təqdim edir:

1.Adrian Lamo - "Evsiz haker" adı ilə tanınmış Lamonun ən çox səs-küylü  əməliyyatı "New York Times" və Microsoft-un sistemlərinə girmiş olması idi. Bu əməliyyata görə, o, 65000 dollar cərimələnib, barəsində altı ay ev dustaqlığı və 2 il kompüterə toxunmama hökmü verilib. Cəzasını çəkib, hazırda azadlıqdadır.

2. Kevin Mitnik -  Ədliyyə Nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan haker olaraq tanınır. Onun haqqında iki film çəkilib: "Freedom Downtime" və "Takedown". Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə daxil ola bilmək və Digital Equipment Corporation-un kompüter şəbəkəsinə girib proqram oğurlamaq. Bu haker 5 il həbs, 8 ay kompüterə toxunmama cəzası alıb. Cəzasını çəkib, hazırda azadlıqdadır.

3.  Kevin Poulsenin  kod adı Dark Dantedir. Ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xətlərinə girərək, verilişlərin birində özünə "Porsche" avtomobili və başqa bir sıra mükafat qazandırması olub. Hakerlik fəaliyyətinə görə ona 5 il həbs cəzası kəsilib. Hazırda azadlıqdadır və jurnalist olaraq çalışır.

4. Robert Tappan Morris - Dünyanın ilk soxulcan proqramı olan "Morris soxulcanı"nın istehsalçısıdır. Bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etsə də, proqram  çox böyük sayda kompüterə yayılıb, şəbəkələri çalışmaz hala gətirib. Morris buna görə 3 il həbs cəzası alıb.

5. Stefan Voznyak  - Apple-nın "Voz" ləqəbli idarəçisidir. Gənclik illərində telefon sistemlerini hak edib. Nəticədə uzun məsafələrə havayı telefon danışıqlarından istifadə edib. 

6. Tim Berners-Li -  Word Wide Web, yəni www anlayışı Berners-Linin icadıdır. Tim hələ universitet illərində haker günahlandırması ilə cəza almış və ona kompüterlərdən istifadəni qadağan edən 3 illik cəza kəsilmişdi. Universitet illərində öz kompüterini özü yaradıb. Li hypertext (http) sisteminin istehsalçısıdır.

7. Linus Torvalds - Windows-un ən böyük rəqibi Linux-u icad edib. 1991-ci ildə Linux sistemini ortaya çıxartması ilə dünya tərəfindən tanınan bir şəxs oldu. Kompüter həyatına Commodore VIC-20 ilə başladı. Etdiyi ən böyük hak isə məşhur ev kompüteri Sinclair-in əməliyyat sistemini dəyişdirib asanlaşdırmasıdır. 

8. Riçard Stallman - GNU layihəsinin atası olan Stallman məktəb illərində "heyətli ağ haker" olaraq Emacs layihəsində çalışıb. Hər qurulan şifrəli qoruma sistemini qırıb şagirdlər üçün açıq hala gətirməsi ilə tanınıb.

9. Tsutomu Şimomura - Bir haker olaraq FTB ilə əməkdaşlıq edərək özünü zamanında hak etmiş Mitnikdən intiqam alıb. 

10. Jonathan James - Hakerlikdə günahlandırılıb, mühakimə olunaraq 16 yaşında həbs edilib. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə arxa qapı proqramı yerləşdirib; NASA kompüterlərindən 1.7 milyon dollarlıq proqram oğurlayıb. 
Ona 10 il həbs cəzası kəsilib, sonra bu cəza 6 aya endirilib və kompüterlərə toxunması qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.