Maraqlı

Bu yayın ən səs-küylü ayrılığı

2 Avqust 2015 23:38
1 Şərh     Baxış: 2 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aqniya Ditkovskite və Aleksey Çadov - onlar elə gözəl cütlük idilər ki... Onların ayrılıq söhbəti Aleksey Çadov öz mikrobloqundan zövcəsinin şəkillərini yığışdıranda və oğlunu da götürüb Krıma istirahətə gedəndə başladı. 

Milli.Az axar.az-a istinadən xəbər verir ki, elə bu aralar da Aqniya Ditkovckite axşamlarını 26 yaşlı rəqqas Denis Taqintsevlə keçirməyə başladı. Moskvaya qayıdan Aleksey hər şeyə son qoydu. "Biz Aqniya ilə ayrılmışıq, - deyə o, "StarHit"ə bildirdi. - Lakin oğlumuz Fyodorun xatirinə münasibətlərimizi saxlamağa çalışacağıq. Mən gerçəkdən xoşbəxt ailə arzulayırdım, lakin görünür, həyatda hər şey daha mürəkkəbdir. Mən oğlum Fyodora görə Aqniyə hədsiz minnətdaram və onun səadəti üçün əlimdəm gələn və gəlməyən hər şeyi edəcəm. Biz çox xoşbəxt anlar yaşamışıq, lakin hər şeyin bir sonu olur". 
 
Lakin Aqniya və Aleksey hələ rəsmən arılmayıblar. Bəlkə də onlar bir ortaq məxrəcə gələ bildilər və birgə həyatlarını davam etdirdilər. Axı bu cütlük artıq bir dəfə ayrılıb, üç ildən sonra isə yenidən evlənib. 
 
Xatırladaq ki, aktyorlar 2006-cı ildə "Hərarət" filminin çəkilişlərində tanış olub, 2012-ci ildə isə evlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.