Maraqlı

20 milyardı var, 7 dollarlıq kofta geyinir - FOTO

2 Avqust 2015 15:58
3 Şərh     Baxış: 2 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milyarder iş adamları, dünyanın ən çox qazanan ulduzları pullarını nəyə xərcləyirlər? Onlar arasında özəl adası, təyyarəsi olan da, 7 dollarlıq libasla gəzən də var. 

Axşam.az xarici KİV-ə istinadən milyarderlərin pullarını nəyə xərclədiyini təqdim edir:

Nə təyyarəsi var, nə yaxtası

Karlos Slim Helu dünyanın ən varlı adamıdır. 75 milyard dollar sərvəti var. Onun nə adası, nə təyyarəsi, nə maşınları var. 5 yataq otağı olan 2-mərtəbəli evdə yaşayır, 10 ildir eyni maşını sürür. 

60 ildir bu evdə yaşayır

Uorren Buffet 70 milyard sərvətə sahibdir. "Forbes"un 2008-ci ildəki siyahısında "Dünyanın ən varlı adamı" seçilib. Pulun onun üçün heç bir əhəmiyyəti yoxdur. Hələ də 1958-ci ildə 31 min dollara aldığı ikimərtəbəli evdə yaşayır. Mənzilin hazırki qiyməti 200 min dollardır. 

30 minlik maşın sürür

"Facebook"un yaradıcısı Mark Zukerberg dünyanın ən özəl insanları siyahısındadır. Sərvəti 20 milyard dollardan çoxdur. Amma 30 minlik maşın sürür. Əyninə isə 7 dollarlıq kofta geyinir. Ayağındakı ayaqqabının qiyməti isə 30 dollardır. 

Alış-veriş etməmək üçün üstündə pul saxlamır

87 yaşındakı T. Boone Pikensizin 3 milyard dollar sərvəti var. Tələbə olduğu dövrlərdən indiyə kimi üstündə artıq pul gəzdirmir. Evdən çıxmazdan əvvəl xərcləyəcəyi pulu hesablayır və o miqdarı cibinə qoyur. Kredit kartı da istifadə etmir. Yanında pul xərcləyəcək köməkçisi də yoxdur. 

Endirim arxasınca qaçan 3 ulduz

Hillari Suanks, Ledi Qaqa, Kristen Bell il ərzində 1 milyondan çox pul qazanır. Hər üçü də endirim axtarışındadır. Hillari bu xüsusiyyəti ilə fəxr etdiyini bildirib. Uşaqlığı kasıblıq içində keçən Suanks mağazalardakı endirimləri izlədiyini vurğulayıb. Ən çox qazanan müğənni Ledi Qaqa dəfələrlə bazarda və endirimdə olan mağazalarda görüntülənib.

Menyudakı ən ucuz ikinci şərab

Çuk Fini "Duty Free"nin yaradıcısıdır. Dünyanın ən çox xeyriyyə işi ilə məşğul olan insanıdır. Uşaq və sağlamlıq mərkəzlərinə, dərnəklərə 4 milyarddan çox yardım edib. Nə geyiminə, nə də yeyib-içməyə pul xərcləyir. Restoranda menyudakı ən ucuz şərabı sifariş edir. 

Markasının ən ucuz məhsullarını istifadə edir

İKEA-nın yaradıcısı İngvar Kamprad 4 milyard dollar sərvətə sahibdir. Evi İKEA-nın ən ucuz əşyaları ilə dekorasiya edilib. Restorana gedərkən şam yeməyinə 50 dollardan artıq pul ödəmir. Mağazaların endirimlərindən istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.