Maraqlı

Snup Doqq 200 min dolları itirdi

1 Avqust 2015 22:24
2 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reper Londona uçmağa hazırlaşırdı.

Rep ifaçısı Snup Doqq İtaliyanın Lemetsiya-Terme şəhərinin hava limanında 422 min dollar pulla saxlanılıb. Bu barədə İtaliyanın TGCOM.24 telekanalı məlumat yayıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, reper konsertdən sonra Londona uçmağa hazırlaşırdı. Lakin yoxlama zamanı polislər onun üzərində nağd 422 min dollar aşkar ediblər. Bu məbləğ icazə verilən məbləğdən əhəmiyyətli dərəcədə çoxdur. 

Pulların yuyulmasının qarşısının alınması ilə bağlı yerli qanunvericiliyə əsasən, təqribən 200 min dollara yaxın pul reperdən müsadirə edilib. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.