Maraqlı

Sellülitdən qurtulmağın ASAN YOLLARI

1 Avqust 2015 21:13
0 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sellülit kök və ya arıq olmasından asılı olmayaraq, demək olar ki, bütün qadınların ən böyük kabusudur. Sellülitlərin yaranmasının bir çox səbəbi ola bilər. Bu səbəblərin hamısını aradan qaldırsanız belə, genetikanızda varsa, qismətinizlə barışmaqdan başqa çarəniz qalmayacaq. Ancaq mütəxəssislər sellülitləri yox etməyin mümkünsüz olmadığını bildirirlər. Əks halda, dünya ulduzları qüsursuz bədən quruluşuna sahib ola bilməzdilər. Cennifer Lopez, Beyons kimi 30 yaşı keçmiş, üstəlik, övlad sahibi olmuş ulduzlar sübut edirlər ki, sellülitlə mübarizə effekt verir. Bəs nə etmək lazımdır? Əlbəttə ki, professional xidmət göstərən gözəllik mərkəzl

ərində tətbiq edilən sellülit masajları və digər prosedurlar çox effektlidir. Ancaq gözəl görünmək üçün o qədər pul xərcləməyə ehtiyac yoxdur. Çünki sellülitləri yox edən qidalar yeyərək qüsursuz bədənə sahib olmaq mümkündür.

Milli.Az publika.az-a istinadən qısa zamanda sellülitləri aradan qaldıran və dərini möhkəmləndirən qidaları təqdim edir:

1. Kətan toxumu

Katan toxumu östrogen hormonunun səviyyəsini artırır, kollagen miqdarının çoxalmasını təmin edir. Dərini möhkəmləndirir və sellülitləri azaldır. Hüceyrələrin yenilənməsini sürətləndirdiyi üçün dəri daha da hamarlaşır. Səhər yeməyi zamanı yulaf əzməsinin üzərinə 2 xörək qaşığı kətan toxumu əlavə edərək yeyə bilərsiniz.

2. Limon şirəsi

Təzə sıxılmış limon şirəsi orqanizminizin toksinlərdən təmizlənməsini sürətləndirir. Limon şirəsində bol miqdarda C vitamini və antioksidant var. Hər gün 1 stəkan suya bir az limon şirəsi əlavə edərək içsəniz, sellülitlərinizi yox edə bilərsiniz.

3. Qulançar

Toksinlərin atılmasını təmin edir. Lif və minerallarla zəngindir. Damarları yağ və toksindən təmizlədiyi üçün sellülitlərin yaranmasına imkan vermir.

4. Yaşıl rəngli içkilər

Sellülitlərə qarşı ən təsirli vasitələrdən biri də yaşıl rəngli içkilərdir. Yaşıl çay ən təsirlisi hesab edilir. Ancaq alma şirəsi ilə darçını qarışdırıb içmək də eyni effekti verir.

5. Su

Bədəninimizin 70 faizi sudan ibarətdir. Ona görə də bütün xəstəliklərdən qorunmaq, sağlam və gözəl görünmək üçün su həyatımızda əvəzedilməz rol oynayır. Əgər su içmirsinizsə, sellülitlərə qarşı heç bir krem, heç bir prosedur sizə kömək etməyəcək. Odur ki, gündə ən az 1-2 litr su içməyə çalışın.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.