Maraqlı

Ağıllı güzgü sağlamlğı müəyyənləşdirəcək

1 Avqust 2015 19:38
1 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Wise Mirror" 3D-skanerlər, multispektral kameralar, qaz analizatorları və yaranan xəstəliyin ilkin əlamətlərini müəyyənləşdirməyə imkan verən effektiv diaqnostika alqoritmi ilə təchiz edilib.

AZƏRTAC naked-science.ru portalına istinadla xəbər verir ki, nəfəs verilərkən xaric olunan qaz qarışığının tərkibi qəbul olunmuş spirtli içkinin və ya zərərli maddələrin miqdarını göstərəcək, skaner isə artıq yağların meydana gəlməsi və ya çəkinin itirilməsi haqqında məlumat verəcək. Multispektral kameralar qanın hemoqlobinlə doyma səviyyəsini və nəbzin tezliyini müəyyənləşdirəcək.

"Wise Mirror" vasitəsilə aparılan müayinə prosesinə bir dəqiqə sərf olunur və bundan sonra obyektiv nəticə əldə edilir. Lakin ideyanın tamamilə başa çatdırılması üçün müəyyən zaman tələb olunur.

İstehsalçılar iddia edirlər ki, gələcəkdə bu kimi qurğular ürək-damar sistemi pozğunluqları və ya diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün zəruri qadjetlərdən biri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.