Maraqlı

60 min butulkadan tikilən qeyri-adi ev - FOTO

1 Avqust 2015 18:05
6 Şərh     Baxış: 5 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan təxəyyülünün sonu bilinmir. Bəzi insanların adi əşyalara fərqli yanaşması maraqlı nəticələrə gətirib çıxarır. Məsələn, məişət tullantılarından hazırlanan maraqlı əşyalar və ya Nabranda yerləşən şüşə butulkadan tikilən ev kimi.

RTV (REGİON TV) xəbər verir ki, qeyri-adi evin inşasında yalnız rəngli butulkalardan istifadə edilib. Evin sahibi Baləhməd Xanbabayev deyir ki, butulkadan ev tikmək olduqca çətindir. Burada zərgər dəqiqliyi ilə işləmək lazımdır. Unikal evin tikilməsi ideyasına gəlincə isə...

Şüşə butulkalardan tikilən ev turistlərin də diqqətini cəlb edir. Bura hətta xarici turistlər də maraq göstərir. Şüşə evdə yaşamaq istəyənlər hər sutka üçün 60 manat xərcləməlidirlər. Bura gələn qonaqların sözlərinə görə, belə evdə yaşamaq zövqü bu məbləğə dəyər. Uğurundan həvəslənən usta isə daha bir yenilik etmək istəyir.

Baləhməd Xanbabayev gəncləri də belə şeylərə maraq göstərməyə çağırır. O deyir ki, bununla onlar həm də ətraf mühitin təmizlənməsinə kömək edəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.