Maraqlı

Zukerberqin doğulmamış qızı "Like" göstərdi

1 Avqust 2015 13:23
1 Şərh     Baxış: 1 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook-un sahibi Mark Zukerberq və onun xanımı Prissilla Çan övlad gözləyirlər.
Prissilla Çan qıza hamilədir.

Milli.Az bildirir ki, bu barədə Mark Zukerberq Facebook-dakı səhifəsində yazıb.
"Prissilla və övladımız sağlamdır. Çox narahatam. Ultrasəs müayinəsi zamanı Prissillanın bətnindəki qızımız əli ilə mənə "Like" göstərdi. Əmin oldum ki, qızım yolumu davam etdirəcək. Daha bir yaxşı xəbər odur ki, Prissillanın hamiləliyi artıq uzun müddətdir yaxşı keçir. Uşağı itirmək ehtimalı minimaldır. Buna ümid edirik", - M.Zukerberq yazıb.

Prissilla Çan indiyədək 3 dəfə hamilə qalsa da, hər dəfə onun hamiləliyi yarımçıq bitmişdi. 
31 yaşlı Mark Zukerberq bəşər tarixinin ən gənc milyarderidir. "Facebook, İnc" korporasiyasının səhmlərinin 24 faizinə malik olan iş adamının 7 milyard dollarlıq sərvəti var.
2012-ci ilin mayında o, Prissilla Çanla evlənib. P.Çan tibb üzrə elmlər doktorudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.