Maraqlı

Məşhur türk müğənni boşandı - FOTO

31 İyul 2015 13:45
12 Şərh     Baxış: 5 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin populyar müğənnilərindən olan Kutsi 7 ildən bəri nikahda olduğu xanımı Sinem Bayraktutardan boşanıb.
7 illik nikah bu gün Bodrum məhkəməsində cəmi 5 dəqiqə davam edən məhkəmə prosesində başa çatıb.
Milli.Az bildirir ki, Kutsi aylardan bəri aktrisa Feyza Çipa ilə aşiq-məşuqdur.
Məhkəmənin qərarı ilə 6 yaşlı Ceylin Ada ilə 5 aylıq Lila anasına veriliblər.

Kutsi məhkəmə binasını tərk edəndə onu "Huzur Sokağı" teleserialının çəkilişlərində tanış olduğu və sevdiyi Feyza Çipa qarşılayıb.

Sinem Bayraktutar isə deyib: "Kutsi mənə əvvəllər də dəfələrlə xəyanət etmişdi. Kimsəni suçlamıram. Günahkar mənəm ki, onun xəyanətini bağışladım, sözlərinə aldandım. Əgər kişi hamilə arvadını evdə qoyub məşuqə yanına gedərsə, o, istənilən insana xəyanət edə bilər".
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.