Maraqlı

Küsülü müğənnilər eyni yarışmada münsif olacaqlar - FOTO

29 İyul 2015 19:39
0 Şərh     Baxış: 2 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser-aparıcı Acun İlıcalı "TV8" kanalında avqustun 3-dən yayımlanacaq "Rising star" ("Yüksələn ulduz") yarışması üçün müğənni Gülbən Ərgənlə razılaşma əldə edib.

Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, müsabiqənin münsif kürsüsündə əyləşənlərdən biri də Gülbən olacaq. Maraqlı məqam odur ki, G.Ərgən 2011-ci ildə "Şıkır şıkır" mahnısına görə məhkəməlik olduğu həmkarı Mustafa Sandalla eyni kürsünü paylaşacaq. Tanınmışların küsülülüyünün yarışmaya necə təsir edəcəyi isə hələ bəlli deyil.

Qeyd edək ki, Gülbən həftədə 2 dəfə yayımlanacaq "Rising star"ın hər buraxılışı üçün 20 min lirə (təxminən 7600 manat) qonorar alacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.