Maraqlı

Ağarmış saçlara qarşı maska

29 İyul 2015 13:04
8 Şərh     Baxış: 7 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaş irəlilədikcə saçlardakı ağ tellər daha çox gözə dəyir. Qocalığın əlamətləri arasında olan ağ tellər bəzi insanlarda hətta psixoloji problemlərə də yol aça bilir.

Bəs saçlar ağarmağa başlayıbsa, nə etməliyik? Bununla necə mübarizə aparmalıyıq? Milli.Az Publika.az-a istinadən ağ tellər üçün soğan maskasını təqdim edir:
 
Ərzaq:
3 ədəd orta boy baş soğan
1 stəkan su
Sirkəli su
 
Hazırlanması:
 
3 ədəd orta ölçülü quru soğanı blenderdən keçirin.
 
Bir kasaya töküb soğanların üzərinə 1 stəkan su əlavə edərək qarışdırın və püre halına gətirin. Hazırladığınız bu soğan maskasını saç diblərinə masaj edərək çəkin. Saçlarınıza sürtdükdən sonra 1 saata yaxın gözləyin.
 
Daha sonra sirkəli su ilə saçlarınızı masaj edərək yuyun. Soğan maskasını 2 həftə olmaqla 6 dəfə tətbiq edin.
 
Zamanla saçlarınızın təbii rənginə döndüyünü hiss edəcəksiniz. Bu maska baş dərisində iltihab olan şəxslərə də kömək edəcək. Təbii antibiotik olan soğan sayəsində bu dərddən də xilas olacaqsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.