Maraqlı

Məşhur müğənni villasını satır - FOTO

28 İyul 2015 20:56
4 Şərh     Baxış: 2 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lüks villanın kino çəkmək üçün satışa çıxarılması birmənalı qarşılanmayıb.

Məşhur türk sənətçisi Mahsun Kırmızıgül villasını satır. Anspress-in məlumatına görə, ifaçılığı buraxıb kino çəkən bacarıqlı rejissor yeni filmini şəkmək üçün vəsait axtarır. 

Sənətçi filmdən qazandıqlarını yenidən filmə yatırmaq məqsədilə ilk olaraq İstanbulda Bahçeköy məhəlləsindəki lüks villasını satışa çıxarıb. İçində kino salonu olan villa 5,5 milyon dollara (15 milyon TL) satılır. 1 400 metr kvadrat sahəsi olan 3 mərtəbəli evdə hovuz, 6 otaq, 2 salon, 4 hama otağı və sauna var.

Mahsun Kırmızıgülün satışa çıxardığı evdə Ajda Pekkanla qonşudur. Bir sözlə, o pulu verib villa alan şəxs eyni zamanda superstarın qonşusu olur. 

Maraqlıdır ki, Mahsun Kırmızıgülün villasını kino çəkmək üçün satmaq qərarına gəlməsi birmənalı qarşılanmayıb. Telekanalların birində müzakirəyə çıxarılan mövzuda villanın kino çəkmək üçün satılmasına inanmadıqlarını bildiriblər. Qonaqlar Kırmızıgülün arxasında iki zəngin iş adamının durduğunu və maddi vəziyyətinin olduqca yaxşı olduğunu qeyd edirlər. 

Aktyor-rejissor maddi çətinlik çəkərsə, sözügedən şəxslərin ona yardımçı olacaqlarını deyən qonaqlar Mahsunun özünün inanılmaz dərəcədə varlı və bahalı daşınmaz əmlaka sahib olduğu diqqətə çatdırılır.

Müzakirələr zamanı bu zəngin iş adamlarından birinin azərbaycanlı olduğu isə xüsusi vurğulanır. Həmyerlimiz otellər zəncirinin sahibi kimi təqdim edilsə də, adı açıqlanmır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.