Maraqlı

Stressli anlarda bu qidaları yeyin - SİYAHI

28 İyul 2015 21:45
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik problemlər, gərginlik stressə səbəb olur. Özümüzü sakitləşdirmək üçün müxtəlif üsullara əl atırıq. Bu üsullardan biri də yeməkdir. Yeməklər özümüzü yaxşı hiss etməkdə, stress atmaqda kömək edir. 
Milli.Az lent.az-a istinadən stressə faydalı olan qidaları təqdim edir. 
 
Səhər yeməyi çox önəmlidir. Tam taxıllı yarmalar, yulaf əzməsi kimi karbohidratlardan istifadə edin. Bu növ yeməklər qan şəkərinizi saxlayır və özünüzü sabit hiss etməyinizə kömək edir.
 
Tərkibi C vitamini ilə zəngin olan portağal immun sisteminizi gücləndirir, stress hormonlarınızın səviyyəsini azaldır. Qan təzyiqini normal hala salır.
 
İspanaq maqneziumla zəngindir və baş ağrısı, yorğunluq hallarını azaldır.
 
Stressinizi nəzarətdə saxlamaq üçün yağlı balıqlara üstünlük verin. Somon və ton balığında olan Omega-3 stress hormonlarının artmasının qarşısını alır, ürək xəstəliklərinə, depressiya hallarına qarşı özümüzü qorumağa yardım edir.
Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, ən az həftədə iki dəfə yağlı balıq yeyin.
 
Qara çay içməyiniz stressli hallardan daha tez qurtarmağınıza kömək edə bilər. Qəhvə, kofein stress hormonlarını artıraraq qan təzyiqini artırır. 
 
Mütəxəssislər bildirir ki, fıstıq, fındıq və digər çərəzlər sağlam yağlar üçün mənbədir. Hər gün bir ovuc fıstıq yeyin. Qoz, badam kimi çərəzlər şəkər ehtimalını azaldır, xolesterolu aşağı salmağa kömək edir və stressin təsirini azaldır. 
 
Yüksək qan təzyiqini azaltmaq üçün ən yaxşı yollardan biri kalium qəbuludur.  Yarım avokado və ya orta ölçülü banan kaliumla zəngindir. 
 
Çiy tərəvəzlər mexaniki şəkildə stressi azaltmağa kömək edir. Kök yeyərkən çənə əzələləri işlədiyi üçün bu da gərginliyi azaldır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.