Maraqlı

Məşhur aktyoru görənlər tanımadılar - FOTO

28 İyul 2015 12:25
1 Şərh     Baxış: 2 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın ən məşhur aktyorlarından biri, "Liam Nison" kimi tanınan Uilyam Con Nison çox dəyişib.
63 yaşlı aktyoru fanatları küçədə görəndə tanımayıblar.
Milli.Az Radar Online-a istinadən bildirir ki, 1994-cü ildə evləndiyi xanımı Nataşa Riçardson 2009-cu ildə vəfat edəndən sonra səhhətində problemlərin yaşandığı aktyor indi çox arıqlayıb.
Nyu-York şəhərinin Soho səmtində olarkən paparassilərin "canlı hədəf"inə çevrilən aktyor suallara cavab vermək istəməsə də, sonda deyib: "Səhhətimə görə narahat olmayın. Heç zaman indiki təki sağlam olmamışam. Amma nəzərə alın ki, artıq 63 yaşım var".

Aktyor daha sonra bildirib ki, Londonda yaşayan fotoqraf oğlu Mayklla fəxr edir.

"Maykl çox azad insan, yaxşı fotoqrafdır. Onun əsərlərinə həmişə maraqla tamaşa edirəm", - L.Nison söyləyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.