Maraqlı

Maykl Ceksonun atası kor oldu - FOTO

27 İyul 2015 17:01
1 Şərh     Baxış: 2 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya pop-musiqisinin əfsanəsi, mərhum Maykl Ceksonun atası Co Cekson Braziliyada xəstəxanaya yerləşdirilib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 87 yaşlı Co Cekson şəkərli diabet xəstəsidir. O, ad günündə qəflətən huşunu itirib və insult keçirib.
İnsult nəticəsində Co Ceksonun sol gözü görmə qabiliyyətini itirib.
Hazırda San-Paulu şəhərində klinikada olan Co Cekson axşam saatlarında ABŞ-a aparılacaq.
1960-cı illərin əvvəllərində Co Cekson oğullarından ibarət "Jackson 5" qrupunu yaratmış, bu qrupa menecerlik edirdi.

Maykl Cekson sonralar deyirdi ki, atası həmişə onların üstünə qışqırır, söyür, məşqlər zamanı döyürdü: "Buna rəğmən, atamın tətbiq etdiyi sərt intizam karyeramda müsbət rol oynadı".
Həyatının son illərində Maykl Cekson atası ilə danışmırdı və hətta vəsiyyətində onun adını da çəkməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.