Maraqlı

Tənhalığın çox asan müalicəsi

26 İyul 2015 20:25
3 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar bəzən çox qəribə işlər görürlər. Bir nəfərin xəstəxanaya düşmək üçün bilərəkdən dəmir pul udduğunu eşitmişdim. 

Bu, diqqətimi çəkmişdi. Düşünürdüm ki, bunun mütləq bir səbəbi, həm də çox ciddi səbəbi olmalıdır. Yoxsa heç kim qəsdən özünə zərər verə bilməz. Marağım məni həmin adamın arxasınca apardı. Onu tapdım və bunun səbəbini soruşdum. İnanıram ki, bu cavab sizin də diqqətinizi çəkəcək: "Xəstəxanadakı həkimlər, tibb bacıları üzümə gülümsəyirlər, mənimlə xoş davranırlar. Bu da mənim çox xoşuma gəlir".

Bir çoxları kimi o insan da özünü həyatda tənha hiss edirdi. Xəstəxanada göstərilən xoş münasibət ona yalnızlığını, tənhalığını unutdururdu...

Başqa bir yaşlı tanışım da var. Ondan: "Həyatın ən böyük yükü nədir?"- deyə soruşmuşdum. "Daşıyacaq bir yükün olmaması",- cavabını aldıqda çox təəccüblənmişdim, bir o qədər də heyrətlənmişdim...

Tənhalığın dəqiq müalicəsi adamın daşıyacaq bir yükünün olmasıdır. Arabir tənha insanları ziyarət edin, onlarla dərdləşin, söhbətləşin. Sizin köməyinizə ehtiyacı olan insanları tapıb onlardan nə problemləri olduğunu soruşun və onlara kömək etməyə çalışın. Görəcəksiniz ki, başqalarına kömək etməyiniz, başqalarının yükünü çəkməyiniz əslində sizin də yükünüzü azaldacaq, həyatda sizi rahatladacaq.

Həyatın müxtəlif mərhələlərində hamımız ağrılı-acılı günlər keçirmişik. Hamımız bu və ya digər formada həyatdan zərbələr almışıq, məğlub olmuşuq. Məhz o məqamlarda biz də tənha olmuşuq. İnsan yalnız yaşlananda, ətrafındakı insanları bir-bir itirəndə tənhalıq quyusuna düşmür. Əsl tənhalıq bir dostun gülümsəməsindən, bir dost əlinin istiliyindən məhrum qaldıqda baş verir.

Ətrafınızdakı insanlara gülümsəyin, onlardan xoş münasibəti əsirgəməyin. "Can" deməklə candan can əksilməz. Kiçik bir gülümsəmə, səmimi şəkildə deyilən "can" sözü sehirli bir qüvvə kimi o qədər böyük işlər bacarır ki! 
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.