Maraqlı

Eksklüziv Bentley Mulsanne - FOTO

18 Aprel 2015 21:43
0 Şərh     Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bentley şirkəti dəbdəbəli sedan Mulsanne Speed Blue Train special edition xüsusi versiyasını təqdim edib. Speed Six modelinin Blue Train Race yarışında qələbəsinin 85 illiyinə həsr edilmiş eksklüziv avtomobil dörd nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaq. Onun ictimai debütü isə Essendə keçiriləcək Techno-Classica Show sərgisində nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bentley Mulsanne Speed Blue Train eksklüziv sedanın ərsəyə gətirilməsi üçün Mulliner bölməsinin mütəxəssisləri çalışıblar. Maşın yüngül lehimdən xüsusi qara təkər diskləri, kvadrat tor naxışlı və fərqləndirici loqotipi olan modifiksiya edilmiş radiator barmaqlığı əldə edib.

Avtomobilin salonunda unikal tərtibat həyata keçirilib. Burada Bentley Speed Six orijinal modelin şpondan hazırlanmış təsvirini görmək olar. Qapı panellərinin büzməli naxışları keçmiş illərin avtomobillərinin salonunu xatırladır.

Şirkətdə qeyd ediblər ki, Bentley Mulsanne Speed Blue Train special edition ilk seriya modelinin salonunu gümüş suyu çəkilmiş Robbe & Berking mətbəx ləvazimatı, Haviland Limoges çini qab, LINLEY büllur bokallar və sampan şərabı və həmçinin təbii yundan toxunmuş kiçik piknik xalçaları ilə təchiz edilib. Cəmi dörd nüsxə buraxılacaq Mulsanne Speed Blue Train special edition eksklüziv sedanın hamısı Avropa qitəsində satılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.