Maraqlı

Range Rover pikap oldu - FOTO

18 Aprel 2015 18:49
0 Şərh     Baxış: 2 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniyanın Startech emalatxanası rəsmi olaraq yeni layihəsini - dəbdəbəli Range Rover yolsuzluq avtomobili bazasında yüksək məhsuldar pikap təqdim edib. Olduqca qeyri-adi maşının açıq premyerası bir neçə gündən sonra Şanxay avtomobil sənayesi sərgisində nəzərdə tutulub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu heç də gecikmiş "bir aprel" zarafatı deyil. Startech emalatxanası təmsilçilərinin özləri belə inanılmaz modernizasiya üçün əsas olaraq niyə məhz Range Rover yolsuzluq avtomobilini seçdiklərini izah edə bilmirlər. Lakin onlar inamla əmin edirlər ki, bu, dünyanın ən eksklüziv pikaplarından biridir.

Modernizə edilmiş Range Rover by Startech kapotu altında 526 a.g. (+16 a.g.) hasil edən 5,0 litrlik V8 mühərrik yer alıb. Avtomobil 0-100 km/saat sürətlənməni 5,3 saniyədə həyata keçirir. Maksimal sürət 250 km/saat həddində elektron məhdudlaşdırılıb.

Range Rover by Startech pikapı modernizə edilmiş mühərrik və qeyri-adi kuzovla yanaşı, karbondan hazırlanmış tamamilə yeni aerodinamik asma və 23 düymlük iri döymə təkər diskləri ilə də öyünə bilər. Bundan əlavə, avtomobil fərdi sifarişlə hazırlanmış 100-dən artıq alüminium component əldə edib.

Baxmayaraq ki, Range Rover yolsuzluq avtomobili nisbətən kiçik kuzov əldə edib, onun sərnişinləri əvvəlki kimi yenə də dəbdəbə içərisində "üzürlər". Range Rover by Startech salonunda yalnız yüksək keyfiyyətli perforasiya edilmiş dəri, karbon və alüminium taxmalardan istifadə edilib. Emalatxanada eksklüziv avtomobilin kiçik seriya buraxılışını təşkil etmək nəzərdə tutulub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.