Maraqlı

55 il sonra ilk sevgilisi ilə evləndi - FOTO

7 İyul 2015 22:24
8 Şərh     Baxış: 4 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rostovdakı qocalar evində təsirli romantik tarixi hadisə baş verib. 
Milli.Az modern.az-a istinadən bildirir ki, 55 il ayrılıqdan sonra təsadüfən görüşən 79 yaşlı pensiyaçılar evləniblər.

Cütlük ilk dəfə 17 yaşları olanda görüşüb. O zaman gənc qız tikintidə işləyib, oğlan isə sürücü olub. Gənclər dostlaşıblar, sonradan sevişiblər. Bu zaman gənc oğlanı orduya çağırıblar, qız isə onu gözləməyərək ərə gedib. 

Ancaq indi yaşı 79-u haqlayan xanım deyib ki, öz qərarından ömrü boyu peşman olub.

"Boris haqda heç nə bilmirdim. Necədir, kiminlədir və haradadır. Ancaq ömrü boyu ilk sevgimi xatırlamışam", - qadın deyib.

Pensiyaçı qadın yaxınlarda dul qalıb və qocalar evinə yerləşməyi qərara alıb. Burada təsadüfən ilk məhəbbəti ilə rastlaşıb: "Dəhlizdə getdiyim vaxt kimsə mənə tərəf qışqırdı: "Mənim qızım!" Qəlbim o saat bu səsin mənim Borisimə məxsus olduğunu duydu. Üzdən o saat tanımadım, səsi isə ayrılıq illərində dəyişməyib. Biz axı onunla 55 il bir-birimizi görməmişik? Bax belə görüş oldu", - qadın söyləyib.

Kişi ilk sevgilisinə oradaca evlənməyi təklif edib. İndi cütlük Semikarokorski rayonundakı qocalar evində yaşayır.

Buna bənzər hadisə yaxınlarda Kanadada baş verib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.