Maraqlı

Bu qidalar döş xərçəngindən qoruyur - SİYAHI

7 İyul 2015 19:27
0 Şərh     Baxış: 3 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yediklərinizə və həyat tərzinizə diqqət etmək sizi xərçəngdən qoruya bilər. Xüsusilə qadınlar döş xərçəngindən qorunmaq üçün meyvə və tərəvəzlərin möcüzəvi təsirlərindən yararlana bilərlər.
 
Milli.Az publika.az-a istinadən xərçəng riskini azaldan qidaları təqdim edir:
 
Kefir

Kefir şişin meydana gəlməsinə mane olur və yaranan xərçəng hüceyrələrinin inkişafını zəiflədir. Yaponiyada siçanlar üzərində aparılan araşdırmada kefirin xərçəng riskini 53,6 faiz azaltdığı ortaya çıxıb. Xərçəngə yaxalanmaq ehtimalı çox olan insanlar xərçəngin qarşısını alan dərmanlarla birlikdə kefir içdikdə isə bu risk 67 faiz azalır.
 
Kimyaterapiya edilən xəstələrdə kefir bu prosedurun mənfi təsirlərini aradan qaldırır. Belə xəstələrdə müşahidə olunan ürəkbulanma, ishal, qusma və ağrı kimi simptomlar kefir içdikdə azalır.
 
Zeytun yağı

Zeytun yağında olan turşular döş xərçənginə qarşı qoruyucu funksiya daşıyır. Hətta "oleik" turşusu döş xərçəngini meydana gətirən genlərin hərəkətə keçməsinə mane olur.
 
Bu turşu həm də xərçəng xəstələrinin istifadə etdikləri dərmanların təsirini də artırır. Zeytun yağının bu xüsusiyyətlərindən faydalanmaq üçün keyfiyyətli markalardan almaq və doğru şəraitdə saxlamaq önəmlidir. Bu yağ işıq görməyən və nəmsiz mühitlərdə mühafizə edilməlidir. Gündə bir neçə qaşıq zeytun yağı içmək çox faydalıdır. Yeməklərdə istifadə etdikdə isə yeməyi ocaqdan götürmədən 5 dəqiqə öncə əlavə etmək lazımdır.
 
Üzüm qabığı və çəyirdəyi

Üzümün qabığında olan "resveratrol" adlı maddə orqanizmi xərçəngdən qoruyur. Bu meyvənin çəyirdəyi də faydalıdır. Üzümün çəyirdəyində bol miqdarda antioksidant var və xərçəngə qarşı orqanizmin müqavimətini artırır.
 
Üzümlə yanaşı, onun qurusu, yəni kişmiş də faydalıdır. Üzüm həm də  xəstəliyin müalicəsi zamanı istifadə edilən kimyəvi maddələrin orqanizmə mənfi təsirini azaldır. Üzümün tərkibindəki maddələr zərər görmüş hüceyrələri bərpa edir.
 
Brokkoli

A, C, E vitaminləri və karoten maddəsi ilə zəngin olan bu tərəvəz döş xərçənginə qarşı təsirlidir. Eyni zamanda, prostat xərçəngi xəstələrinə də faydalı olduğu sübut edilib.
 
Brokkoli döş xərçənginə qarşı 5 qoruyucu maddə ehtiva edir. Bunlardan ən güclüsü "sulforafen" adlı maddədir.
 
Soya

Döş xərçənginin meydana gəlməsində estrogen hormonunun səviyyəsi əhəmiyyət daşıyır. Belə ki, estrogen səviyyəsi yüksək olduqda xərçəng riski də yüksəlir. Estrogenin 15 faiz aşağı enməsi xərçəng riskinin 4 dəfə azalması deməkdir.  Soya paxlasındakı "genistein" adlı maddə estrogenin təsirini azaldır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.