Maraqlı

Avstriyada otel alan azərbaycanlı kimdir? - FOTO

7 İyul 2015 18:24
4 Şərh     Baxış: 5 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı iş adamı Avstryada otel alıb. 

Milli.Az anspress-ə istinadən bildirir ki, "Hotel Rupertihaus" oteli kurort zonalarından birində yerləşir. 

Lakin iş adamının adı açıqlanmayıb. Avstrya saytında yerləşdirilən məlumata görə, ancaq bu ilin birinci yarısında otel alqı-sayqısı üzrə 120 milyon avroluq alış-veriş reallaşıb. 
Bu isə ötən illə müqayisədə iki dəfə çoxdur. 

Yazıda qeyd edilib ki, Avstrya son illər ancaq turistlər üçün yox, həm də iş adamları üçün cazibədar bir məkana çevrilir. 

Konsanltinq xidməti verən "Christie + Co"nun yaydığı məlumata görə, maraq göstərən iş adamlarından biri də rusiyalı səhmdar olub. O, 130 otaqlı "Wombat's Naschmarkt" qrupuna daxil olan otelə sahib olub. 

İlin ikinci ən böyük satışı "Star Inn" otelin satışı olub. Oteldə 300 nömrə var. Otela alıçıları arasında Azərbaycandan olan iş adamı da var. 

"Rupertihaus" oteli Hayliqenblut şəhərində yerləşir. Təbiətin qoynunda yerləşən bu oteldə bütün rahatlıqlar nəzərə alınıb. Belə ki, oteldə hətta qapalı hovuz, sauna, idman zalı, gözəllik salonu da mövcuddur. 

Otel 3 ulduzludur. Burada həm yay, həm qə qış turizmi üçün şərait var. 

30 otaqlı oteldə rahatlıq üçün bütün şərait yaradılıb. 

Otelin azərbaycanlı sahibinin adı açıqlanmır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.