Maraqlı

İspaniyada gecəsi 30 min avroya dincələn azərbaycanlı kimdir? - VİDEO

7 İyul 2015 11:43
15 Şərh     Baxış: 6 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın məşhur telekanallarından birində "Enquete exclusive" (xüsusi araşdırma) verilişi efirə gedərkən azərbaycanlılardan bəhs edilib.

Modern.az saytı xəbər verir ki, verilişdə İspaniyanın cənubunda yerləşən Marbelya kurort şəhəri haqda maraqlı süjet hazırlanıb. Bura gələn zənginlər, ulduzlar barədə danışılıb, onların necə dincəldiyi göstərilib.

Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verib. Villa Del Mar adlı bu malikanədə bir gecənin qiymətinin 30 min avro olduğu bildirilir.

Villanı jurnalistlərə göstərən sahibi orada dincələnlərin olduğunu və yenicə getdiklərini deyib, ancaq onlar darvazadan çıxan zaman özlərini və  avtomobillərinin nömrələrini çəkməməyi xahiş ediblər.

Villa sahibi yalnız onu qeyd edib ki, bu müştərilər azərbaycanlılardır və burada 12 gün qalıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.