Maraqlı

Seksual model həbs edildi - FOTO

6 İyul 2015 22:38
1 Şərh     Baxış: 3 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyada məşhur seksual model Slobodanka Toşiç həbs edilib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Playboy" üçün pozalar vermiş və "Son qəhrəman" realiti-şousunun serb analoqunda iştirak etmiş 29 yaşlı model beş qətldə, qətlə cəhddə və soyğunlar seriyasında ittiham edilir.

Slobodanka Toşiç "Kukla" əməliyyatı nəticəsində Xorvatiyada saxlanılıb. Toşiçlə yanaşı qruplaşmanın daha 32 iştirakçısına ittiham ırəli sürülüb. Model Bosniya və Herseqovinayada ekstradasiya olunub. "Miss Bosniya" olmuş Slobodanka Toşiç bir il əvvəl bu qətllərlə bağlı araşdırma başlanan zaman ölkədən qaçmışdı.

Polisin məlumatına görə, Toşiçin daxil olduğu cinayətkar qruplaşmaya artıq cəza çəkən onun məşuqu başçılıq edirmiş. Soyğunların ümumi məbləği 7 milyon dollar edir. Həmçinin modeli keçmiş sevgilisi olmuş məşhur yerli qanqsterin qətlinin təşkilində ittiham edirlər.

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.