Maraqlı

Sübut edildi - bəd nəzər var - FOTO

6 İyul 2015 13:35
5 Şərh     Baxış: 6 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəzərin varlığı sübut edildi. Anspress-in məlumatına görə, çoxlarının ciddi qəbul etmədiyi nəzər haqqında bu dəfə İngiltərənin Leeds Universiteti parapsixologiya şöbəsi təcrübə aparıb. Bununla da nəzərin mövcudluğu elmi olaraq sübut edilib. 

Təcrübə maraqlı üsulla həyata keçirilib. Belə ki, rəngli gözlərə sahib 6 könüllüyə bir həftə ərzində seçilən bəzi əşyalara diqqət cəmləmələri tapşırılıb. 2 həftədən sonra bu əşyaların bəzilərində morfoloji və biokimyəvi dəyişikliklər müşahidə edilib. 

Özəl olaraq hazırlanan həssas texnikanın köməyi ilə könüllülərin gözündən yayılan həssas dalğadan çıxan elektromaqnit dalğaları tutmaq mümkün olub. 

Parapsixologiya fakültəsinin rəhbəri Artur Qall araşdırma ilə bağlı olaraq yayımlanan məqaləsində meydana gələn dəyişikliklərin sadəcə rəngli gözlərə sahib insanlarda olan rəngli fotoreseptorlardan yayılan beta işıqlarından qaynaqlandığını bildirib. 

"Science" jurnalı araşdırmanı manşetinə çıxarıb. 

Gözlər beyin gücünü ən rahat şəkildə istifadə edə bildiyimiz orqanımızdır. 

Göz dəymə, nəzər kimi anlayışlara inam hələ qədim dövrlərdən mövcud olub. Müasir dövrdə bəziləri bunu xurafat, savadsızlıq kimi qəbul etsə də, nəzərin varlığına inananlar da kifayət qədər çoxdur. 

İnsanlar nəzərdən qorunmaq üçün müxtəlif əşyalara, gözmuncuğu, qaratikan, at nalı, üzərlik otu, buynuz, heyvan başları və s. tapınırlar. Həmin əşyaları evlərində, avtomobillərində asır, uşaqların biləklərində, boyunlarında gəzdirirlər. 

Elm deyir ki, parapsixologiya dilində "bioenergetik" gözdəymə mənfi təsirdir. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdır. 

İnsanlar nəzərdən qorunmaq üçün ən çox göy muncuqlara müraciət edirlər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.