Maraqlı

"Kredit kartımla ev yox, villa alaram" - FOTO

5 İyul 2015 23:25
4 Şərh     Baxış: 1 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Bülent Ersoy alış-veriş edən zaman görüntülənib. 

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər zaman geyimlərinə böyük miqdarda pul xərcləyən sənətçi ənənəsini pozmayıb. Ersoy Nişantaşında xeyli sayda ayaqqabı alıb, ödənişi kartla etmək istəyib. Kartla pul ödənişi alınmayan müğənni pərt olub.

Bülent Ersoy çıxış zamanı jurnalistlərin suallarını cavablandırıb:

"Kredit kartımla ev yox, villa alaram. Kartım limitsizdi. Kiçik porblem yarandı, mühasibim məsələni həll etdi. Alış-verişə başım qarışdı, orucu unutdum. İftarı yarım saat sonra açacağam".

İfaçı sonra VİP avtomobilinə minərək məkandan uzaqlaşıb. Ona yaxınlaşan dəsmal satıcısına 100 türk lirəsi verməyi də diqqətdən yayınmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.