Maraqlı

Özündən iki dəfə balaca qadınla evləndi - FOTO

5 İyul 2015 21:50
0 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Musiqiçi və pianoçu Billi Coel evlənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 33 yaşlı Aleksis Roderiklə ailə qurub. Özündən iki dəfə kiçik olan həyat yoldaşı artıq hamilədir.

Toya dəvət olunanlar elə biliblər ki, Billi onları hər il ABŞ-ın müstəqillik günü ilə bağlı təşkil etdiyi tədbirə çağırır. Lakin onlar toya gəldiklərini görüncə təəccübləniblər.

B.Coelin keçmiş həyat yoldaşı və qızı Aleks Reyin anası top model Kristi Brinkli İnstaqramda musiqiçinin toy fotosunu paylaşaraq onu təbrik edib:

"Təbrik edirəm! Qızımı da təbrik edirəm, inanıram ki Aleksislə o, yaxşı rəfiqə olacaqlar".

Qeyd edək ki, Billi Coel indiyə qədər artıq 3 dəfə evli olub. 2009-cu ildən etibarən A.Roderiklə sevgilidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.