Maraqlı

Yayın ortasında şəhərə qar yağdı - FOTO

5 İyul 2015 17:35
7 Şərh     Baxış: 5 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Komi Respublikasının şimalında yerləşən Vorkuta şəhərinə gözlənilmədən qar yağıb. 

Anspress-in məlumatına görə, havalar o qədər soyuyub ki, iyulun 6-dan şəhərdə binaları qızdırmaq üçün qazanxanalar işə salınacaq. Hazırda şəhərdə temperatur 1-3 dərəcə arasında dəyişir. Bu, iyulda orta temperatur 13 dərəcə olsa da, bəzi vaxtlar 33 dərəcəyə qədər qalxıb. 

Sinoptiklərin dediklərinə görə, Vorkutaya qar Arktikadan qəflətən daxil olan soyuq hava ilə bağlıdır. Onların dediyinə görə, soyuq hava iyulun 10-na kimi davam edəcək. Soyuq hava şəhərdə nəzərdə tutulan İvan Kupala bayramının keçirilməsinə mane olub. 

Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb və buna səbəb ərazidə iri daş kömür yataqlarının ortaya çıxması olub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.