Maraqlı

Qızardılmış yeməklər haqda mif dağıldı

5 İyul 2015 09:56
3 Şərh     Baxış: 3 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloqların iddia elədiyi kimi, qızardılmış yeməklər birmənalı şəkildə elə də ziyanlı deyilmiş və heç də həmişə ürək-damar xəstəliklərinə və köklüyə gətirmir. Musavat.com xəbər verir ki, bu barədə "British Medical Journal"da dərc edilən məqalədə deyilir.

Məqalə müəllifləri "ispan fenomeni"nə - İspaniyada qidalanma ilə milli sağlamlıq arasında uyğunsuzluğa diqqət çəkiblər. Təhqiqatlar göstərib ki, ispan mətbəxində yağda qızardılmaqla hazırlanan çoxlu yemək növləri var. Nəzəri cəhətdən, yağ və qızardılmış qidalar sağlamlıq üçün, xüsusən də ürək-damar sistemi üçün təhlükəlidir. Di gəl, ispanlar artıq çəkidən və ürək-damar xəstəliklərindən əziyyət çəkmirlər.

İspan əhalinin spesifik kulinariya ənənələri belədir ki, qızardılmış qidalara sevgiyə baxmayaraq, bu, onlara öz səhhətlərini yaxşı saxlamağa imkan verir. "İspaniyada qızartma yeməklər üçün bir yağı təzədən qızdırmaq ənənəsi yoxdur. Əsas yağ kimi burada zeytundan, bəzən isə günəbaxan yağından istifadə olunur. Ən başlıcası, İspaniyada qızardılmış qidaların porsiyası Amerikada və İngiltərədə olduğundan qat-qat azdır", - təhqiqat müəllifləri yazıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.