Maraqlı

Britni Spirs niyə bu hala düşdü? - VİDEO - FOTO

4 İyul 2015 12:28
0 Şərh     Baxış: 5 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış amerikalı müğənnilər Britni Spirs bacarıqsızlıqda, istedadsızlıqda suçlanır.

Həmkarı İqqi Azaliya onu "Pretty Girls" duetinin uğursuzluğunda suçlayıb.
33 yaşlı Spirs isə deyəsən, sosial şəbəkələrdə və mediadakı ittihamları, suçlamaları eyninə almır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 33 yaşlı Britni Spirs dünən ABŞ-ın Kaliforniya ştatındakı Kalabasas şəhərciyində idi.
O, restoranlardan birinə nahara yollanmışdı. 
Reportyorların israrlarına rəğmən, Spirs sualların heç birini cavablamayıb.
Britni Spirsin yenidən kökəlməyə başladığı, üstəlik çox səliqəsiz, zövqsüz geyindiyi də nəzərdən yayınmayıb.
Reper İqqi Azaliya "Pretty Girls" dueti ilə bağlı Twitter-dəki akkauntunda yazmışdı: "Mahnını çıxışlar, konsertlər və televiziyada dəstək olmadan populyarlaşdırmaq çox çətindir. Üstəlik, Britni uğursuz oxudu. Mahnı mənim deyil, özü bilər".

Britni Spirsin fanatları Azaliyanı suçlayıblar, "Sən heç zaman kraliça Britni ola bilməzsən!" yazıblar.
İqqi Azaliyanın cavabı sərt olub: "Yazdıqlarım adi faktdır. Kiminsə rəfiqəsi olmaq üçün ona sutkada 24 saat yaltaqlanmaq niyyətində deyiləm".
Britni Spirs reper Azaliya ilə duet şəklində konsertlər vermək niyyətində deyil.
O, Las-Veqasa dönərək "Planet Hollywood Resort and Casino"dakı konsertlərini davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.