Maraqlı

Saniyənin iki dəfə təkrarlanması neçə kompüterin işini pozdu?

3 İyul 2015 23:11
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 30-da saat 23:59:59-da dünyada 2 minə yaxın kompüter şəbəkəsinin fəaliyyəti dayanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onların təxminən yarısı Braziliyada olub. Onlar əsasən  saniyəyə hazır olmayan köhnə modellər olub.
  
İnternetin 500 min ayrı-ayrı şəbəkədən ibarət olan meqaşəbəkə olmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, internet infrastrukturunun təxminən 0,5 faizi əlavə saniyəyə görə problemlə üzləşib.  

2012-ci ildə analoji vəziyyət daha geniş problemlərə səbəb olub. O zaman "Linux" sistemləri ziyan çəkib və "LinkedIn" kimi bir neçə iri saytın fəaliyyəti dayanıb. Lakin bu dəfə şirkətlərin çoxunun vəziyyətə daha yaxşı hazır olmasına görə problemin miqyası geniş olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.