Maraqlı

"Bəyin oğurlanması" filminin çəkildiyi ev 30 il sonra - VİDEO

3 İyul 2015 23:07
7 Şərh     Baxış: 5 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəyin oğurlanması filmini, yəqin ki, izləməyən insan çox azdır. Növbəti sujetimiz bu filmin çəkildiyi kənddən, daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu ev indiyədək qorunub saxlanılır.

Bu kəndi Şamaxının Hollivudu da adlandıra bilərik. Söhbət Şamaxının Məlhəm kəndindən gedir. Kənddə "Bəyin oğurlanması" , "Qaraca qız", "Qaçaq Nəbi", "Dədə Qorqud", "Yeddi oğul istərəm" kimi tanımış filimlərin də bir sıra çəkilişləri aparılıb.

Azərbaycan kinematoqrafiyasının incilərindən hesab olunan "Bəyin oğurlanması" filmi məhz bu kənddə bir az da dəqiqləşdirsək, əksər səhnələr məhz bu evdə çəkilib.

Bu ev kinoda qız evi kimi tanınan İsrafil, yəni Yaşar Nurinin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə, bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. "Bəyin oğurlanması" filiminin, demək olar ki, bütün çəkiliş meydançası bu kənddə qurulub.1985-ci ildə lentə alınan filmin çəkilişinə kənd sakinlərinin də marağı böyük olub.

3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıblar. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir. Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər.

Milli.Az

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.