Maraqlı

Güllələnən müğənninin anası: "Bütün günü ağlayır ki..."

3 İyul 2015 21:57
5 Şərh     Baxış: 7 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə sevgilisi tərəfindən güllələnən müğənni Mutlu Kaya şikəst qalacağı qorxusuyla bütün günü ağlayır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Sesi çox güzel" yarışması ilə məşhurlaşan 19 yaşlı Mutlu 38 gün reanimasiyada yatdıqdan sonra sağalmayacağı üçün qorxmaya başlayıb.

Palataya köçdükdən sonra hər kəsi sevindirən gənc qız son günlər ağlamağa başlayıb. Danışmaqda çətinlik çəkən ifaçı yemək və içməkdən kəsildiyi üçün arıqlayıb.

Anası qızının ayağa qalxması üçün bir an öncə "GATA" xəstəxanasına transfer olmasını və fiziki müalicə görməsini istəyir:

"Hələ ki köçürülmə əməliyyatı başlamayıb. Şikəst qalacağı qorxusuyla bütün günü ağlayır. Sakitləşdirə bilmirəm".

O, qızını yarışmaya aparan müğənni Sibel Candan incidiyini deyib:

"Qızım vurulduqdan sonra xəstəxanaya gəlib baş çəkdi, yanımızda olacağını dedi. Amma sonra nə zəng vurdu, nə də soruşdu".

Maddi vəziyyəti yaxşı olmadığı üçün M.Kaya üçün hesab açılıb. Lakin 10 gün ərzində cəmi 223 lirə (88 manat) pul yığılıb. Bu səbəbdən baş nazir Əhməd Davudoğluya müraciət edilib və müalicə üçün lazım olan hər şeyi dövlət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.