Maraqlı

Türkiyə bu azərbaycanlıdan danışır - VİDEO - FOTO

3 İyul 2015 09:23
4 Şərh     Baxış: 4 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı aktyor Üzeyir Novruzovun ABŞ-da göstərdiyi möhtəşəm şoudan Türkiyə mətbuatı yazıb. 

Anspress-in məlumatına görə, NTV kanalının saytında yerləşdirilən məqalədə deyilir ki, "America`s got talent" şousunda iştirak edən Azərbaycan əsilli Üzeyir Novruzov münsifləri özünə heyran etdi: 

"Novruzovun Çarli Çaplini təqlid edərək nərdivanla etdiyi inanılmaz hərəkətləri münsiflər ayaq üstə alqışladılar".

Türkiyənin digər tanınmış saytları da azərbaycanlı artistin göstərdiyi şoudan yazıblar. 

Çarli Çaplinin fanatı olduğunu deyən Üzeyir Novruzov ABŞ-da müxtəlif sirk tryüklərini yerinə yetirdiyini bildirib. 

Öz bacarığı ilə jürini heyran edən Üzeyir onlar tərəfindən bəyənilib və növbəti mərhələdə iştirak hüququ qazanıb.

Üzeyir Novruzovun iki qardaşı var, hamısı sirkdə işləyir. İki qardaş birlikdə çalışır, Avropa ölkələrini qastrollarla dolaşırlar. Üzeyir isə Moskva Sirk Məktəbini başa vurandan sonra öz solo-nömrəsi ilə çıxış edir. 4 qitəni, ölkələri, şəhərləri dolaşandan sonra ABŞ-da qalmağa qərar verib.

Novruzov Amerikaya ilk dəfə 2000-ci illərin əvvəllərində yollanıb. Sonra qastrollara gedib. "Cirque du Soleil" ilə növbəti dəfə Amerikada qastrollarda olanda orada qalmağa qərar verib. Ailə qurub, Kaliforniyada uşaqları anadan olub.

O, sonuncu dəfə Bakıda və Gəncədə 2012-ci ildə olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.